Yapon ve fransız psixoloqları yekdil neticeye geliber ki, qan qrupu insanın xarakterini, xesteliklere meylini teyin edir. Bir şexsiyyet olaraq insanı derk etmeye imkan verir.
I qan qrupu olanlar həmişə hərəkətdədir. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. İradi keyfiyyətləri yüksəkdir. Ünsiyyət yaratmağı bacarırlar. Yorulmadan işləyə bilirlər. Fiziki dözümlülükləri həddən ziyadə çoxdur. Uzun ömür sürürlər. Ən çox onikibarmaq bağırsağın və mədənin iltihabından əziyyət çəkirlər.
II qan qrupu olan adamlar vicdanlı, tapşırılan işi canla-başla yerinə yetirən son dərəcə işgüzar olurlar. Vəzifədə artmaqdan ötrü səylə irəli gedirlər. İşi əsas götürürlər, deyirlər ki, yerdə qalan hər şey ikinci dərəcəlidir. Hansı işdən yapışsalar, adamı yarıdırlar. Qətiyyətlə dedikləri sözə şübhə etməyin: onlar həqiqəti söyləyirlər. Şəxsi münasibətlərdə çox sədaqətlidirlər. Kiminlə dostluq etsələr, çalışırlar ki, bu, daimi olsun. Bu adamlar zəmanə xəstəliklərinə - infarkt, miokard, skleroz, revmatizm və diabetə tez yoluxurlar. Böyrəkləri daha çox daş bağlayanlar da II qan qrupuna malik adamlardır.
III qan qrupu olanlar həssas, mədəni, böyük imkan və qabiliyyətlərə malik adamlardır. İşdə həm özlərinə, həm də başqalarına qarşı çox yüksək tələbkarlıqla yanaşırlar. Sakitdirlər. Bu sakitliyin içində çox həssas insanın gizləndiyini təsəvvür etmək çətindir. Hərdən hisslərini çox güclü şəkildə büruzə verirlər. Sevgi məsələlərində "Leyli-Məcnun"u ötüb keçirlər. Qadınlar küsəyəndir, onlar eyni qan qrupu olan kişilərdən güclüdür. Birinci və ikinci qan qrupları arasında ortaq həddə olduqlarından, hər ikisinin xəstəliklərinə yoluxa bilirlər.
IV qan qrupu olan adamlar hissin əlində acizdirlər. Ehtiras sanki onları dağıdır, bu da daxili, mənəvi rahatsızlığa gətirir. Şübhəli, qətiyyətsiz olurlar. Bütün münaqişələrini təklikdə çəkir, heç kəsə bir söz demirlər. Sevgidə, dostluqda, ailə həyatında onlar ideala yaxındırlar. Təkcə öz xoşbəxtliklərinə can atmırlar, həm də başqalarını xoşbəxt etmək istəyirlər. Dünyada bu qan qrupu daşıyıcıları çox azdır. İstedadını göstərə bilənlər daha çox məşhurlaşa bilir. Onların hansısa xəstəliklərə meylini həkimlər hələ təyin etməyiblər.