Ana Səhifə | Qeydiyyat | Giriş Xoş gəlmisiz Qonaq | IP address: 18.222.0.213
BAŞ XƏBƏR: WWW.MEYDAN.AZ »  
Таинственный Проход | Проклятый Клад | Загадочная пещера | Катакомбы | Meydan-Forum
MenuBar
TARMAN
Əlavələr
Arxiv Xəbərlər
Təqvim
«  May 2024  »
BeCaCÇaÇüŞBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Banner
Axtariş systemi

Hər mövzuda əsrlərdir müdrik adamların, filosofların aforizimlərini eşidirik. İstərdim bu aforizimlərdən bəzilərini, daha doğrusu ən maraqlılarını sizə təqdim edim. Kim iləsə mübahisə edəndə, ya da nəyi isə sübut etməyə çalışanda dünyanın tanınmış filosoflardan sitatlar gətirə bilərsiniz...
MÖVZU - HƏYAT VƏ İNSAN

1. Həyatda ən dəhşətli şey diri ikən ölməkdir.(M.Anderson-Nökse)

2. Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.(Aristotel)

3. Heyat beşiklə məzar arasında sınaq müddətidir.( O.Balzak)

4. Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır.(A.Barbüs)

5. Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)

6. Hər gün insan üçün yeni bir həyatdır.(R.Beyker)

7. Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.(Ş.Bodler)

8. Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)

9. Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.(Ç.Çaplin)

10. Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.(A.Dante)

11. Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)

12. Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz.(Ezop)

13. Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Z.Freyd)

14. Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.(C.Fuller)

15. Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.(M.Gəncəvi)

16. Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)

17. Faydasız həyat- vaxtsız ölümə bərabərdir.(İ.Höte)

18. Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir.(V.İrvinq)

19. Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)

20. Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.(D.Karnegi)

21. Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır.(Ç.Kolton)

22. Həyat əvvəldən axıradək öyrənməkdir.(J.Labrüer)

23. İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer)

24. Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir.(Menandr)

25. Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur.(C.Məmmədquluzadə)

26. Nəfsinin hakimi olan dünyanın ağası olar.(Naməlum)

27. Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir.(Napoleon)

28. Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən.(F.Nitsşe)

29. Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)

30. Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.(C.Robertson)

31. Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır.(C.Santayana)

32. İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. (Sokrat)

33. Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir.(B.Spinoza)

34. Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)

35. Görmək və hiss etmək mövcud olmaq, düçünmək isə yaşamaq deməkdir.(U.Şekspir)

36. Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər.(İ.Ten)

37. Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır.(Q.Təbrizi)

38. Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür.(L.Tolstoy)

39. Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər.(O.Uayld)

40. Başqalarının halına yana bilən insan yaşamağa layiqdir.(Van Qoq)

41. Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)

42. Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. (F.Volter)

43. İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter)

44. Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən.(L.Vovenarq)

45. Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.(H.Toro)

Giriş
İstifadeçi:
Şifre:
Daxil olunub
Xoş gəldin:"Qonaq"

Qeydiyyat

Online ümumi: 1
Qonaq: 1
Istifadəçi: 0
Səsvermə
Hansı Döyüşcü növündə Ustasız
Ümumi Səslər: 41
1-çi yerde olan şekil
(xallar gün erzinde 1 defe yenilenir)
Ümumi Şərhlər:[18]
Xal sayı:[0.4]
Baxılıb:[1832]